EN

ADMİU-nun tələbəsi Beynəlxalq Film Festivalında iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının magistr tələbəsi Pərviz Ələkbərli Türkiyənin Ege Universitetinin ev sahibliyi ilə baş tutan II Beynəlxalq Turan Film Festivalında iştirak edərək mükafat qazanıb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, film festivalı Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ege Universiteti, TÜRKSOY və Kino Baş Müdirliyinin əməkdaşlığı ilə təşkil edilib.

Festivalda ölkəmizi təmsil edən kino və televiziya rəngkarı Pərviz Ələkbərlinin quruluşçu rəssamı və animatoru olduğu “Nəfəs” filmi (rejissor: Elmar Bayramov) xüsusi juri mükafatına layiq görülüb.

 

 

 

 

 

Chosen
0
tehsil.biz

1Sources