EN

Yanacaqdoldurma obyektlərinin istismarı üçün dövlət rüsumu müəyyənləşib

Azərbaycanda yanacaqdoldurma və qaz təchizatı obyektlərinin fəaliyyəti artıq lisenziyalaşdırılan fəaliyyət növləri sırasına daxil edilib. Bu barədə dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda əksini tapıb.

Yeni dəyişikliklərə əsasən, bu sahədə fəaliyyət göstərmək üçün lisenziya alan şəxslər 30 gün ərzində lisenziya verən qurumla müqavilə bağlamalıdırlar. Əks halda, lisenziya hüquqi nəticə doğurmayacaq.

Dövlət rüsumlarına gəlincə, layihəyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması üçün 1100 manat, istismarı üçün isə 2500 manat məbləğində rüsum müəyyən olunub.

Chosen
0
34
anews.az

10Sources