EN

İnsan bu yaşda ən xoşbəxt dövrünü yaşayır - Alimlər açıqladı

Alimlərin apardığı yeni araşdırmaya görə, insanların xoşbəxtlik səviyyəsi zamanla dəyişir və həyatın müəyyən bir dövründə zirvəyə çatır.
 
Psixoloqlar və sosioloqlardan ibarət beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, insan ən çox 65 yaşında xoşbəxt hiss edir.
 
Araşdırma 30-dan çox ölkədən on minlərlə insanın iştirak etdiyi sorğulara əsaslanıb. İştirakçılardan həyatlarından nə dərəcədə məmnun olduqları, emosional rifahları və gələcəyə dair gözləntiləri soruşulub. Nəticələrə görə, həyatın 40-50 yaş aralığında bir qədər stresli və çətin olduğu bildirilsə də, 60 yaşdan sonra insanlar daha rahat, az qayğılı və özləri ilə barışıq hiss etməyə başlayırlar.
 
Xoşbəxtliyin səbəbləri nədir?
 
Alimlər bu yaşda xoşbəxtliyin artmasını bir neçə əsas amillə əlaqələndirir:
 
Karyera və ailə ilə bağlı əsas məsuliyyətlərin arxada qalması
 
Həyat təcrübəsi və qəbul etmə bacarığının artması
 
Özünü olduğu kimi qəbul etmə
 
Sosial münasibətlərin daha seçici və keyfiyyətli olması
 
Tədqiqatçılar qeyd edir ki, yaş artdıqca daxili harmoniya güclənir və həyatın kiçik sevinc anları daha çox dəyər qazanır.
Chosen
0
1
moderator.az

10Sources