EN

Çexiya: Rusiyanın bu abidə üzərində heç bir haqqı yoxdur

BAKI, 8 may. TELEQRAF

Rusiya Federasiyasının Sovet İttifaqının marşalı İvan Konevin Praqada ucaldılan və 2020-ci ildə sökülən abidəsi üzərində heç bir hüququ yoxdur.

Teleqraf xəbər verir ki, bunu Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavski X sosial şəbəkəsində bildirib.

O yazıb: “Rusiyanın heykəl üzərində heç bir hüququ yoxdur”.

Y.Lipavskinin sözlərinə görə, çex bolşevikləri “bu dekorasiyanı 1980-ci ildə Praqa-6 meydanında Moskvanın qılığına girmək üçün” ucaldıblar, "çex demokratları isə onu sökmək qərarına gəliblər".

2019-cu ilin sentyabrında Konev abidəsinin yerləşdiyi ərazinin yerli şurasının üzvləri abidəni muzeylərdən birinə köçürmək fikrinə düşüblər. Abidə 2020-ci ilin aprelində sökülüb.

Qeyd edək ki, Rusiyada Latviya, Litva, Estoniya, Polşa və Çexiyadan olan 50-dən çox məmura qarşı hərbi məzarların və həlak olmuş sovet əsgərlərinin xatirə abidələrinin dağıdılması ilə bağlı cinayət işi açılıb. Epizodlardan biri Praqada Sovet marşalı İvan Konevin abidəsinin sökülməsi ilə bağlıdır.

Chosen
0
1
teleqraf.com

2Sources