ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının üzvləri ilə qapalı görüşü başa çatıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir yerli vaxtla təxminən saat 14:00-da (Bakı vaxtı ilə 22:00 – red.) BMT-nin mənzil-qərargahının qarşısında yerləşən ABŞ-nin daimi nümayəndəliyində başlanıb və təxminən bir saat yarım çəkib.
Təhlükəsizlik Şurasının üzv ölkələrinin daimi nümayəndələri Vaşinqtonun Fələstin – İsrail münaqişəsinin həlli üzrə səylərinin müzakirə olunmalı olduğu binadan şərh vermədən ayrılıblar.
Amerikan diplomatik nümayəndəliyindən ən son çıxan Uitkoff olub.