EN

ÇL-də 5 ildən sonra bir ilk!

Xəbər verdiyimiz, UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün finalına İtaliyanın “İnter” və Fransanın PSJ klubu yüksəlib. 

“Qafqazinfo” xəbər verir ki, son 5 ildə ilk dəfə turnirin finalında nə İngiltərə, nə də İspaniya klubları olmayacaq. 

Əvvəlki dörd mövsümdə adıçəkilən ölkələrdən ən azı bir klub finalda iştirak edib. 

Sonuncu dəfə 2019/2020 mövsümündə də finalda Almaniya “Bavariya”sı ilə PSJ qarşılaşıb və oyun almanların 1:0 hesablı üstünlüyü ilə bitib.

Chosen
0
qafqazinfo.az

1Sources