EN

Hindistan və Pakistan rəsmiləri təmasa keçdilər

BAKI, 8 may. TELEQRAF

Pakistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, kəşfiyyat xidmətinin rəhbəri Asim Malikhindistanlı həmkarı Acit Dovalla telefonda danışıb.

Teleqraf xəbər verir ki, onlar Hindistan Hərbi Hava Qüvvələrinin endirdiyi zərbədən sonra iki ölkə arasında gərginliyin artmasını müzakirəediblər.

Bunu İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar TRT World telekanalına müsahibəsində bildirib.

Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə hərbi əməliyyata başlayıb. Pakistan hava məkanını 48 saat müddətinə bağladığını açıqlayıb və cavab hücumları endirib. Hər iki tərəfdən ölənlər var.

Chosen
0
teleqraf.com

1Sources