Bakı. Trend:
ABŞ bu ilin may ayında B61-13 model yeni termonüvə bombalarınınseriyalı istehsalına planlaşdırıldığından təxminən bir il əvvəlbitmiş olacaq.
Trend-inməlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyi nəzdindəkiMilli Nüvə Təhlükəsizliyi Administrasiyasının (MNTA) rəhbərivəzifəsini icra edən Tereza Robbins Nümayəndələr PalatasınınSilahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı bildirib.
“MNTA ilk B61-13 nümunəsinin istehsalının bu ayın sonunaplanlaşdırıldığını və bunun əvvəlki qrafikdən təxminən bir il irəliçəkildiyini gözləyir”, – deyə Robbins vurğulayıb.
O həmçinin qeyd edib ki, Trident II W88 Alteration 370 proqramı– sualtı qayıqlardan buraxılan ballistik raketlərinmodernləşdirilmiş nüvə başlıqları layihəsi – ABŞ Hərbi DənizQüvvələrinin tədarük cədvəlinə tam uyğun olaraq davam edir vəistehsalın 2025-ci maliyyə ilinin sonuna qədər tamamlanacağıgözlənilir.
Robbins əlavə edib ki, Hərbi Hava Qüvvələrinin uzaqmənzilliqanadlı raketləri üçün nəzərdə tutulan W80-4 nüvə başlığı proqramıda qrafikə uyğun irəliləyir və ilk nümunənin 2027-ci ilinsentyabrında istehsal olunacağı planlaşdırılır.