Yeni Roma Papasını seçəcək konklav (Papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı) Vatikanın Sikstin kapellasında başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Belə ki, artıq mərasimin başçısı “Hamı çölə!” sözlərini deyib. Bu o deməkdir ki, kapellanın qapıları bağlanır, bütün kənar şəxslər zalı tərk etməlidirlər, bundan sonra kardinallar yeni Papanın seçilməsinə başlayırlar.
***
Konklav səsvermənin ilk günündə yeni Roma Papasını seçə bilməyib.
Belə ki, kapellanın damındakı bacadan qara tüstü qalxır. Kardinallar yeni pontifik seçə bilsələr, bacadan ağ tüstü çıxacaq.
Bu proses yekdil qərar qəbul olunmasını simvolizə edir.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.