EN

Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyədə iki medalQAZANDI

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.

Redaktor.az xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıblar. Ayxan Cavadov gümüş, Vədat Qasımlı bürünc medalı boynundan asıb.

Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaqlar.

Chosen
0
16
redaktor.az

10Sources