EN

A Seriyasının lideri tanınmış məşqçi ilə danışıqları gücləndirib

İtaliya A Seriyasına liderlik edən "Napoli" mövsüm sonunda ölkə çempionu ola bilər.

90deqiqe.az-ın "TuttoMercatoWeb"ə istinadən verdiyi məlumata görə, buna baxmayaraq, Antonio Kontenin Neapol klubunun baş məşqçisi postunu tərk etməsi ehtimalı hələ də qalmaqdadır.

Bu səbəbdən "Napoli" rəhbərliyi Massimiliano Alleqri ilə danışıqları intensivləşdirib. Klub prezidenti Aurelio De Laurentis Kontenin mümkün ayrılığına qarşı öncədən tədbir görmək niyyətindədir.

Qeyd edək ki, Massimiliano Alleqri "Yuventus"dan ayrıldıqdan sonra təxminən bir ildir işsizdir. Klub prezidenti De Laurentis bu təcrübəli mütəxəssisi yüksək qiymətləndirir və onu potensial namizədlər arasında görür.

Chosen
0
90deqiqe.az

1Sources