EN

Nəzakət Teymurova operadan getməsindən danışdı

Xalq artisti Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından getməsindən danışıb.

Ölkə.az xəbər verir ki, bu haqda "Söhbət var" verilişində söz açan xanəndə narazıçılığı olduğunu bildirib:

"Təbii ki, narazıçılıqlar var idi. Heç kim bilmir niyə getdim. Hər şeyi efirdə danışmazlar. Bizim muğam sənətinə dedi-qodu yaraşdırmıram. Hər zaman sənətə ciddi yanaşmışıq, bunu da qoruyaq. Söz atmaqla işim yoxdur".

Qeyd edək ki, N.Teymurova 7 illik fasilədən sonra 2024-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə çıxıb.  (Axşam.az)

Chosen
0
1
olke.az

2Sources