EN

Stend atıcılığı üzrə ölkə kubokuna start verilib - FOTO

Bu gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş stend atıcılığı üzrə ölkə kubokuna start verilib.

İdman.biz xəbər verir ki, yarış Bakı Atıcılıq Mərkəzində keçirilir.

Turnirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətlərini təmsil edən idmançılar kubok uğrunda mübarizə aparırlar. Kişilər, qadınlar, oğlanlar, qızlar arasında stend atıcılığının dairəvi və səngər növləri üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarışlar mayın 10-dək davam edəcək.

İdman.biz

Chosen
0
idman.biz

1Sources