Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Qeyd olunur ki, dövlət başçısı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlərlə bağlı Qələbə Paradında iştirak etməyəcək.