EN

"Belə davam etsək, "Qarabağ"la da mübarizə apara bilərik"

"Zirə" üçün ötən mövsüm çox uğurlu keçmişdi. Komanda mövsümü gümüş medalla başa vurdu.

Liqada "Qarabağ"dan sonra ikinci pilləni tutan "qartallar"ın ölkə kubokunu qazanmasına da finalda məğlub olduğu Ağdam təmsilçisi mane oldu. Ardınca avrokuboklardakı pley-off qədər gedən uğurlu çıxış.

Hazırkı mövsüm də Rəşad Sadıqovun komandası üçün işlər pis getmir.

Sona 3 tur qalmış ən yaxın izləyicisi olan "Araz Naxçıvan"ı 12 xal qabaqlayaraq ikinci sırada lövbər salıb. Ötənilki nəticənin təkrarlanması həftələr öncə bacardı.

Və komandanın yenə "Qarabağ"dan geri qalması diqqətdən qaçmır.

Görəsən, "köhlən atlar"ı taxtdan salmağa nə mane olur?

Paytaxt klubunun yarımmüdafiəçisi Ceyhun Nuriyev Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları deyib:

"Ötən mövsümlə bu il arasında komandamızda fərq çoxdur. Oyunumuzda inkişaf göz qabağındadır.

Bəlkə də belə davam etsək, növbəti mövsümdən çempionluq mübarizəsində ola bilərik"

XANOĞLAN

Chosen
0
sportinfo.az

1Sources