Azərbaycanın qadınlardan ibarət cüdo millisinin Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək heyəti açıqlanıb.
Futbolpress.az xəbər verir ki, 9–11 may tarixlərində baş tutacaq yarışda yığma böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizə aparacaq.
Üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.