EN

ABŞ vitse-prezidenti: Rusiya həddən artıq çox şey tələb edir

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Münhen Liderlər Toplantısında mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün davam edən diplomatik səylərə toxunan Vans müharibəni qanuniləşdirmək üçün Rusiyanın arqumentləri ilə razılaşmaq lazım olmadığını, ancaq müharibəni bitirmək üçün qarşı tərəfin nə düşündüyünü anlamaq lazım olduğunu vurğulayıb.

Vans Rusiyanın ilk sülh təklifini gördükdə reaksiyalarının çox şey istəməsi olduğunu söyləyib.

"Ruslar müharibəni dayandırmaq üçün müəyyən tələblər və güzəştlər tələb edirlər. Fikrimizcə, onlar həddən artıq çox şey tələb edirlər"-deyə, ABŞ vitse-prezidenti bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
turkustan.az

1Sources