EN

“Böyük Dəbilqə”: Azərbaycan millisinin heyəti açıqlandı

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Böyük Dəbilqə”də iştirak edəcək heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində baş tutacaq yarışda yığmamız böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.

Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) rəqiblərini üstələməyə çalışacaqlar.

Üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.

Millimizin “Böyük Dəbilqə” üçün heyəti:

-48 kq
Könül Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva

-57 kq
Fidan Əlizadə

Chosen
0
8
arena.az

10Sources