EN

Kadırov istefa elanından sonra yeni mükafat aldı

Çeçenistan lideri Ramzan Kadırov istefası haqda danışdıqdan və bunu təkzib etdikdən sonra yeni mükafat aldığını bildirib.

Gundem.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Kadırovun sözlərinə görə, o, mükafatı Federal Xəzinədarlıq rəhbərinin müavini Eli İsayevdən alıb.

"Federal Xəzinədarlığın departament mükafatını almaq çox xoş oldu. Mən də öz növbəmdə Eli Abubakaroviçi Çeçenistan Respublikası rəhbərinin Fəxri Fərmanı ilə təltif etdim", - Kadırov bildirib. /Lent.az

Chosen
0
gundem.az

1Sources