Rusiya və Belarusun baş nazirləri Mixail Mişustin və Aleksandr Turçin telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Baş nazirlər həmçinin Rusiya-Belarus ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən energetika və sənaye sahələrində, eləcə də birgə layihələrin gedişatını müzakirə ediblər.
Bundan başqa, hökumət başçıları Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə bir-birini təbrik ediblər.