EN

“Kubinka”da güclü YANĞIN - Sakinlər təxliyə edilir - YENİLƏNDİ

Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşayış evində yanğın baş verib və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

 

***

 

Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın başlayıb.

 

Bu barədə Sfera.az-a övqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

***

 

“Kubinka” adlı ərazidə güclü yanğın başlayıb.

 

Sfera.az xəbər verir ki, həmin ərazidəki 3 həyət evi yanır.

 

Əraziyə yanğınsöndürən briqada cəlb olunub. Lakin darısqallıq səbəbilə onlar yanğına dərhal müdaxilə edə bilməyiblər. Yanğınsöndürənlər hazırda yanğına müdaxilə edə bilmək üçün hazırlıq işləri görür.

Chosen
0
3
sfera.az

10Sources