Avropa İttifaqı “Surqutnefteqaz” şirkəti və VSK sığorta şirkətini 17-ci anti-Rusiya sanksiyalar paketinə daxil etmək niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentlik Avropa Komissiyasının təsdiq üçün Aİ ölkələrinə göndərdiyi sənədlərə istinadən yazır ki, 17-ci sanksiyalar paketi “sadələşdiriləcək”.
Yeni paketə 60 fiziki və hüquqi şəxsin, həmçinin 150 tankerin qara siyahıya salınması gözlənilir. Eyni zamanda Bloomberg qeyd edir ki, sanksiyalar paketi hər hansı yeni ticarət-iqtisadi tədbirləri nəzərdə tutmur.