27 yaşlı hücumçu karyerasını, çox güman, “Union”da davam etdirəcək. Ayrılıq qərarının nə dərəcədə doğru olduğunu menecerlərdən soruşduq.
Ceyhun Sultanov:
“Mahirin “Nürnberq”dən ayrılması, yəqin ki, başqa klublardan yaxşı təkliflərin olması ilə bağlıdı. Təklif yox idisə qalması, daha yaxşı təklif varsa, elə gətməsi məsləhətdi”.
Emil Şükürov: “Mahirin “Union”la anlaşması sürpriz xəbərdi. Çünki onun “Nürnberq”dən ayrılacağı təqdirdə Türkiyə klublarından birinə keçəcəyi xəbəri yayılmışdı. Emreli 2-ci bundesliqada özünü yaxşı tərəfdən göstərə bildi. Qərarı Mahir və agentləri verəcək. Onu agentlərin təklifi ilə yox, “Union” komandası, məşqçiləri cəlb edirlərsə, çox əla seçimdi. İstənilən futbolçu üçün məşqçinin onunla ünsiyyətdə olması, birbaşa onu komandasında görmək istəyi daha vacibdi, nəinki pul, agent məsələsi. İstənilən halda azərbaycanlı futbolçudu, öz qardaşımızdı. Hansı kluba keçsə, uğur qazanmasını arzulayırıq”.
MÜZƏFFƏR QULUZADƏ