Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Şimal” doğma meydanda “Şəki Siti”yə 3 cavabsız qolla qalib gəlib.
Üç qolun qeydə alındığı “Kür-Araz” – “Hypers Quba” matçında isə qonaqlar qələbə qazanıblar.
“Araz Saatlı” da evdə “Lerik”ə, “Dinamo” isə “Göygöl”ə tək qolla məğlub olub.
İkinci Liqa
24-cü tur
4 may
“Şəfa” – “Şahdağ Qusar” 0:0
Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Sənan Atayev, Nəriman Ağayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “ASK Arena”, 16:00.
6 may
“Qusar” – “Ağdaş” 1:2
Qollar: Əlibəy Məmmədli, 15 – Taryel Zeynalov, 10. Elçin Süleymanov, 55.
Hakimlər: Mahmud Bağırzadə, Elman Kərimov, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Şəmkir” – “Füzuli” 3:0
Qollar: Rəhim Cəfərov, 5. Vidadi Cəfərov, 57. Məzahir Əhmədov, 90+3.
Hakimlər: Şamil İmanzadə, Orxan İbişov, Nurlan Əhmədzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
7 may
“Araz Saatlı” – “Lerik” 0:1
Qol: Zaur Nuruzadə, 51-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Şimal” – “Şəki Siti” 3:0
Qollar: Valeh Seyidov, 13. Pirverdi Seyidov, 29; 88.
Hakimlər: Sənan Bayramzadə, Samir Qaracayev, Mirnihad Seyidov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Siyəzən şəhər stadionu, 17:00.
“Kür-Araz” – “Hypers Quba” 1:2
Qollar: İlkin Hüseynli, 30 – Hüseyn Novruzov, 27. Cavid İmamverdiyev, 42.
Hakimlər: İslam Məmmədov, Anar Bədəlov, Aydın Bəxşiyev, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.
“Dinamo” – “Göygöl” 0:1
Qol: Elcan Rəhimov, 14.
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 17:00.
