Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ildə Moskvada təşkil olunacaq 9 May Qələbə Paradına qatılmayacaq.
Referans xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov qeyd edib ki, Rusiya tərəfi 9 May paradı üçün bir sıra ölkələrin liderlərini dəvət etsə də, onların bəziləri tədbirdə iştirak etməyəcək.
Prezident İlham Əliyev də iştirak etməyəcəyini bildirən liderlər sırasındadır.
Qeyd edək ki, Rusiya paytaxtında hər il 9 may tarixində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş hərbi parad keçirilir.