EN

“Traktor”u çempion edən futbolçuların neçəsi Təbrizdəndi?

55 illik həsrətə son qoyaraq tarixində ilk dəfə çempion olan “Traktor” futbolçularının əksəriyyətinin iranlı olmasıyla fərqlənir. Komandada çıxış edən 4 legionerdən biri portuqaliyalı, qalanı xorvatiyalıdı. Draqan Skoçiçin kollektivinin qalan futbolçuları İran vətəndaşıdı.

“Football-plus.az”ın məlumatına görə, heyətdən yalnız bir oyunçu dünyaya Təbrizdə göz açıb. Söhbət yarımmüdafiəçi Məhəmməd Qanbaridən gedir.

İş ondadı ki, onun bu çempionluqda nə dərəcədə ciddi rol oynadığını demək çətindi. Çünki cari mövsümdə 4 oyunda meydana çıxan futbolçu nə qol, nə də məhsuldar ötürməylə yadda qalıb.

MÜZƏFFƏR QULUZADƏ

1Sources