EN

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Memarlıq və İnşaat Universitetində olublar (FOTO)

Bakı. Trend:

Mayın 7-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədriprofessor Hikmət Əlizadə, Şura üzvləri Günay Əkbərova, ElçinƏzimli, Sevinc Məhəməliyeva, Kəmalə Aşumova, Mirzə Cəfərzadə vəRasif Dünyamalıyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) qonağı olublar.

İctimai Şura üzvləri əvvəlcə universitet tələbələri ilə görüşkeçirib, onların suallarını cavablandırıb və təkliflərinidinləyiblər. Görüş zamanı tələbələrin gündəlik həyatı və tədrisprosesi ilə bağlı müxtəlif məsələlərə toxunulub.

Daha sonra Şura üzvlərinin AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova və universitet rəhbərliyi ilə görüşü baş tutub. Görüşdətələbələr tərəfindən səsləndirilmiş təklif və müraciətləruniversitet rəhbərliyinə çatdırılıb, onların həlli ilə bağlı fikirmübadiləsi aparılıb.

Görüşdə aşağıdakı əsas mövzular müzakirəolunub:

- Tələbələr üçün yataqxana şəraitinin yaxşılaşdırılması və buistiqamətdə mümkün həll mexanizmləri;

- Paytaxtda pik saatlarda müşahidə olunan nəqliyyat sıxlığınəzərə alınaraq dərs saatlarının fərqli vaxtlarda başlaması vətədrisin hibrid formada təşkili imkanları;

- Tədris prosesində praktik biliklərə daha geniş yer verilməsiilə bağlı perspektivlər.

Sonda tərəflər belə görüşlərin təhsil mühitinin daha da inkişafetməsi baxımından əhəmiyyətini vurğulayıb və əməkdaşlığın davamınınvacibliyini qeyd ediblər.

Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Məqalədə:
Chosen
0
2
az.trend.az

3Sources