EN

Rusiya: Son 24 saat ərzində 524 Ukrayna PUA-nı vurmuşuq

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ukraynaya məxsus 524 pilotsuz uçuş aparatının (PUA) Rusiya bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, Ukraynanın gecə saatlarında PUA- larla Rusiya ərazisinə hücum təşkil etdiyi bildirilib .

Bəyanatda Rusiyanın Donetsk bölgəsindəki Lipovoye qəsəbəsini ələ keçirdiyinə dair məlumatlar da paylaşılıb.

Ukrayna ordusunun ötən gün ərzində Rusiyanın paytaxtı Moskvaya pilotsuz təyyarələrlə hücumlar təşkil etdiyi bildirilib. Bir çox xarici liderlərin qatılacağı 9 May Qələbə Günü qeyd etmələri öncəsi Moskvada hərbi paradın məşqləri davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da keçiriləcək hərbi paradda iştirak edəcək əcnəbilərə təhlükəsizlik zəmanəti verə bilməyəcəklərini deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Zelenski Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə hədələyib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
turkustan.az

1Sources