EN

"DİM istifadaçilərə məlumat göndərib ki, parolunuzu dəyişin" - Açıqlama

"Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi xidmətlərdən istifadə edən vətəndaşlara çağırış var. Bu çağırış ondan ibarətdir ki, şəxsi kabinet məlumatlarında, əsasən də parollarında müvafiq elementlərdən istifadə etsinlər".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi şagirdlərin şəxsi kabinetlərində üzləşdikləri problemlərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, bu konkret olaraq təhlükəsizlik məqsədi ilə həyata keçirilir.

"Çünki bəzi hallarda biz görürük ki, hansısa müəyyən ölkələrdə kiber hücumlar olur. Dövlət qurumlarına və ya özəl sektorlara hücumlar baş tutur. Ona görə də, əlbəttə, qabaqlayıcı tədbirin görülməsi, düşünürəm ki, müsbət məqamdır. DİM isə daha çox kütləvi müraciət olunan bir qurumdur. İmtahanlar keçirilir və imtahanlarla bağlı məlumatların sızdırılmasının qarşısını almaq üçün müvafiq qərarların qəbul edilməsi mənə görə məqsədəuyğundur. Xəbərdarlıq məsələsinə gəldikdə, bu gün artıq ümumi ictimaiyyətə xəbərdarlıq olunub. Demək olar ki, dünən günün birinci yarısından prosesə start verilmişdi. Vətəndaşlar şəxsi kabinetə daxil olarkən artıq müvafiq simvollardan istifadə etməyiblərsə, parolları o qədər təhlükəsiz deyilsə, onlara məlumat göndərilib ki, parolunuzu dəyişin. Bu vəziyyəti təhlükəsizlik məqsədi ilə atılan addım kimi müsbət dəyərləndirmək olar", - deyə Elçin Əfəndi bildirdi.

Aytəkin TOFİQQIZI

Chosen
0
redaktor.az

1Sources