Bu səfər münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla təkbtək görüşdən sonra mətbuata bəyanatda bildirib.
“Bu gün imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni xüsusi qeyd etmək istəyirdim. İnanıram ki, bu yüksək səviyyəli münasibətlər gələcəkdə əlaqələrin inkişafında mühüm rol oynayacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.