EN

Azərbaycan məktəbləri ilə bağlı SENSASİYALI YENİLİK: Şagirdlər yoxlanışdan keçiriləcək? 

Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan məktəblərində narkoloji yoxlamaya ehtiyac olması ilə bağlı iddialar yayılıb.


Bu yoxlanışın 8,9,10,11-ci sinif şagirdləri arasında aparılması təklif olunur.


Həqiqətən də, narkoloji yoxlanışlar ola bilər? Azərbaycan məktəblərində bu yoxlanışa ehtiyac var?


Təhsil eksperti Elçin Əfəndi “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.




“Məktəblərdə belə bir prosesin keçirilməsi məqsədəuyğun hesab etmək olar. Çünki bəzi hallarda yuxarı sinif şagirdlərinin müəyyən şəxslərin hədəf kütləsi olduğunu görürük. Bu proses zamanı narkotik vasitələrdən istifadə ilə bağlı təbliğat aparıla bilər, o cümlədən də şagirdlər yoxlanıla bilər. Belə hallar aşkarlanarsa, artıq onların valideynləri ilə də profilaktik söhbətlər aparıla bilər. Məncə, buna ehtiyac var”.


Ekspert qeyd edib ki, bu məsələyə digər aspektdən də yanaşmaq lazımdır.


“Əksər 8,9-cu sinif şagirdləri bu mövzudan xəbərsizdirlər. Nəzərə almaq lazımdır ki, onlar bu qərar vasitəsilə bilmədikləri bu mövzu haqqında məlumat əldə edə bilərlər və bu da onların marağına səbəb ola bilər. Təbii ki, hər bir şagirdin fərdi yanaşmasından asılıdır”.

 

Fidan Vəlisoy 

Chosen
0
referans.az

1Sources