EN

Zaxarova Vuçiçin təyyarəsinin uçmasına icazə verilməməsindən danışdı

Litva və Latviyanın Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsinin Rusiyaya uçmasına icazə verməkdən imtina etməsi daha bir hədsiz hadisədir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. 

"Aİ ölkələri dövlətlərin öz xarici siyasətini həyata keçirmək üçün suveren hüququnu məhdudlaşdırmaq praktikasını davam etdirirlər, bunun üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Hazırkı imtina daha bir qəddar haldır", - diplomat vurğulayıb.

Qeyd edək ki, Vuçiçin təyyarəsi Moskvaya uçarkən Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar səbəbindən Moskvaya səfərini davam etdirə bilməyərək Bakıya məcburi eniş etmişdi.

Ağarza Elçinoğlu

Chosen
0
unikal.az

1Sources