ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə futbol üzrə dünya çempionatı barədə danışıb.
Publika.az xəbər verir ki, Tramp ölkəsində keçiriləcək mundialı tarixdə görünməmiş ən yaxşı turnirə çevirəcəyini vəd edib.
“Biz zəmanət veririk ki, 2026-cı il dünya çempionatı dünyanın indiyədək gördüyü ən möhtəşəm futbol turniri olacaq”, – deyə o, Ağ Evdə çıxışı zamanı bildirib.
Amerikalı lider həmçinin əmin olduğunu bildirib ki, ABŞ-ın Meksika və Kanada ilə birgə ev sahibliyi edəcəyi bu turnir 10 milyardlarla dollar gəlir gətirəcək və minlərlə yeni iş yeri yaradacaq.