EN

Cəlilabadda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb 

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun, Cəlilabadın Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağzadəni vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
6
report.az

10Sources