EN

Pakistanın səfiri Əhməd Şahidovun ATƏT-dəki çıxışını paylaşdı – VİDEO

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” platformasında azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun ATƏT-dəki çıxışını paylaşıb

AZXEBER.COM xəbər verir ki, videonu şərh edən səfir dünya ictimaiyyətinin Hindistanın təhlükəli müharibə təbliğatına qarşı birləşməsinin vacib olduğunu deyib.

“Biz sülh uğrunda çıxış edən bütün səsləri qiymətləndirir və alqışlayırıq. Dünya ictimaiyyətinin Hindistanın təhlükəli müharibə təbliğatını və qanunsuz işğal etdiyi Cammu və Kəşmirdə mülki şəxslərə qarşı davam edən vəhşilikləri pisləməkdə birləşməsi vacibdir”, – deyə diplomat qeyd edib.

Qeyd edək ki, ATƏT-in toplantısında iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov panel müzakirəsində çıxış edib. Əhməd Şahidov çıxışında Cənubi Asiyada Hindistan tərəfindən insan hüquqları müdafiəçilərinə qarşı təzyiqlər, Kəşmir bölgəsində insan hüquqlarının kütləvi şəkildə pozulması, müharibə cinayətləri ilə bağlı Bakıdakı məhkəmə prosesi və regionda nüvə müharibəsi riskinin Avropanın təhlükəsizliyinə yaratdığı təhdidlər barədə danışıb.

 

Chosen
0
1
editor.az

2Sources