“Mən yerli mütəxəssislərin tərəfindəyəm, dəstəyəm.
Onların Premyer Liqada daha çox şans almasını istəyirəm.
Azər Bağırovla bağlı da fikrim çox müsbətdir. O, “Kəpəz”ə gələrkən, hamı əlini Premyer Liqadan üzmüşdü.
Ümid, demək olar ki, yox idi. İntiriqalar, bir-birilərinə badalaq vurmalar və daha nələr, nələr...
Azər Bağırov ağır yükə cavabdeh şəxs kimi ancaq işə kökləndi. Komandanı, Gəncəni mental olaraq ayağa qaldırdı, onları inandırdı və bu gün nəticə ortadadır.
Amma deyilənə görə, kluba yeni gələnlər “kəşflər”ə çıxıblar. Sizə redniklər deyil, Azər Bağırov lazımdır”.
Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərov “Kəpəz”in mövcud durumunu dəyərləndirib, komanda ətrafında gedən proseslərə münasibət bildirib.
Xüsusilə əcnəbi baş məşqçi sevdasına düşən klubun yeni sponsorlarına çağırış edib, onları səhv addımdan çəkinməyə səsləyib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.