EN

Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun nümayəndə heyəti Koreyaya işgüzar səfər edib (FOTO)

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun (SəlahiyyətliQurum) İdarə Heyətinin sədri cənab Valeh Ələsgərovun rəhbərliketdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasının (ƏAİZ)investisiya imkanlarını təşviq etmək məqsədilə Cənubi Koreyayasəfər edib. Azərbaycanın Cənubi Koreyadakı Səfirliyinin dəstəyi ilətəşkil olunmuş səfər çərçivəsində Koreya istehsalçı şirkətləri vəəsas biznes assosiasiyaları ilə əməkdaşlığın genişləndirilməsinəyönəlmiş bir sıra yüksək səviyyəli görüşlər və biznes forumkeçirilib.

Səfərin əsas məqamı Seul şəhərində keçirilən “Ələt Azad İqtisadiZonası: Koreya İstehsalat Şirkətləri üçün İnvestisiya İmkanları”adlı biznes forum olub. Tədbir Koreya şirkətlərininnümayəndələrini, sənaye assosiasiyalarını və ƏAİZ-in təqdim etdiyiimkanlarla maraqlanan digər tərəfdaşları bir araya gətirib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Cənubi Koreyadakısəfiri cənab Ramin Həsənov, iki ölkə arasında dinamik ticarətəlaqələrinə toxunaraq Cənubi Koreyanın Cənubi Qafqazda Azərbaycanınəsas ticarət tərəfdaşı olduğunu vurğulayıb.

Səlahiyyətli Qurumun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərovtədbirdə çıxış edərək ƏAİZ-in unikal qanunvericilik bazası,cəlbedici maliyyə və qeyri-maliyyə güzəştlər paketi, stratejicoğrafi mövqeyi, eləcə də müasir infrastruktur vəkommunikasiya-təchizat sistemləri ilə təmin olunmuş istifadəyəhazır sənaye torpaq sahələri barədə ətraflı məlumat verib. O,Koreya şirkətlərini ƏAİZ-in təqdim etdiyi sərmayə imkanlarından tamyararlanmağa dəvət edib.

Tədbir Azərbaycan və Koreya biznes nümayəndələri arasındasəmərəli B2B görüşləri ilə başa çatıb.

Rəsmi proqram çərçivəsində cənab Ələsgərov Koreyanın aparıcıticarət və investisiya qurumlarının nümayəndələri ilə bir sıraikitərəfli görüşlər keçirib. O, Koreya Ticarət və İnvestisiyanınTəşviqi Agentliyinin (KOTRA) icraçı vitse-prezidenti cənab JihyungLee ilə görüş zamanı ƏAİZ-in investorlar üçün əlverişli biznesmühiti barədə məlumat verib. Cənab Lee ƏAİZ-ə yüksək maraqgöstərərək KOTRA-nın Koreya şirkətlərinin bu Zonaya sərmayəyatırmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Səlahiyyətli Qurumun nümayəndə heyəti həmçinin Koreya BeynəlxalqTicarət Assosiasiyasının (KITA) vitse-prezidenti cənab Kim Gi-Hyunilə də görüşüb. Cənab Ələsgərov ƏAİZ-in hüquqi və infrastrukturüstünlükləri barədə ətraflı təqdimat edib. Cənab Kim qeyd edib ki,Avropa və daha geniş regional bazarlara çıxış axtaran KITA üzvləriüçün ƏAİZ cəlbedici giriş nöqtəsi ola bilər və Koreya şirkətlərinincəlb olunması məqsədilə əməkdaşlığın davam etdirilməsininvacibliyini vurğulayıb.

Bundan əlavə, cənab Ələsgərov Incheon Azad İqtisadi Zonası(IFEZ) İdarəsinin Komissarı cənab Yun Wok Sok ilə də görüş keçirib.Görüş zamanı hər iki tərəf azad iqtisadi zonaların inkişafı vəidarə olunması ilə bağlı dəyərli fikir və təcrübə mübadiləsiaparıb, gələcək əməkdaşlıq və bilik paylaşımı üçün zəminyaradıblar.

Ələt
Ələt
Ələt
Ələt
Ələt
Chosen
0
az.trend.az

1Sources