Bizim Zaurdur, pozitiv mənada deyirəm, bizim gözlərimiz önündə böyüyən ADAM!
Diqqət edin, uşaq demirəm, ADAM deyirəm, niyə deyirəm, onu da deyim.
Çünki...
Ən gənc çağlarından tanıyıram...
Hələ BDU-nun Jurnalistika fakültəsindəsində oxuduğu zamanlardan.
İstedadına, qələminə, vicdanına çoxdan bələdəm...
Bir gün başılovlu gəldi, dedi ki:
- Bu ölkədə ən çox plagiata məruz qalan imza sənsən, bilirsənmi?
"Yox"- dedim, nə məsələdir?
BDU-dan buraxılış işində araşdırıb, sən demə, "Azərbaycanın və Heydər Əliyevin haqqı" adlı məqaləm onlarla qəzetdə dərc olunub, hamısında fərqli imzalarla...
Di gəl, o yazı birnəfəsə yazılmışdı, "Reytinq" qəzetində, Afiq Mirzəbəyli nin gözü qarşısında...
Ulu Öndər Heydər Əliyevin sağlığında...
Qayıdıram Zaura...
Onun haqqında bircə kəlimə deyəcəm:
KİŞİ ADAMDIR!
Xarakteri ilə də, İstedadı ilə də, İmzası ilə də...
Şəhid oğludur.
... Artıq hamımız Atayıq.
Yaşayanımız da, Qarabağdan salamat çıxıb ölənimiz də.
Uca Yaradan hər kəsə Zaur kimi övlad qismət eləsin, - vicdanlı adamın deyəcəyi budur.
Gəlin, bir-birimizi düz başa düşək: biz nə qədər nüfuzlu kişilərin oddan törətdiyi külləri görmüşük...
Bir də Zaur kimi dəyanətli adamları görəndə "ot kökü üstündə bitər" deyiminin müdrikliyinə inanmışıq.
Zaur artıq KÖKdür, OCAQdır, özü bir YURDdur mənim aləmimdə.
Şəkilləri qabağıma çıxdı.
Şəhid atasının məzarını ziyarət edərək yazmışdı:
"Ata, qonaqların gəlib. Dostlarımı gətirmişəm kəndinə…"
Sonra Laçından paylaşdığı şəklini gördüm.