Bakı. Trend:
Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrinqurulmasına və yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə verdiyiönəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlısəfərlər münasibətlərdə yeni mərhələyə yol açmaqla yanaşı, geridəqalan dövrə bir baxış keçirməyi zərurətə çevirir. Bunun üçün dövlətbaşçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin, xaricimətbuata müsahibələrinin say tərkibinə diqqət yetirmək kifayətdir.Bu baxımdan Prezident İlham Əliyevin Vyetnam SosialistRespublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi xüsusiönəm daşıyır. Qeyd edək ki, Vyetnam Kommunist Partiyası MərkəziKomitəsinin Baş katibi To Lam artıq ölkəmizə dövlət səfərinə gəlib.Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluqmünasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam DemokratikRespublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. Odövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindəçalışan Ümummilli Lider Heydər Əliyev 1983-cü ildə Vyetnamdasəfərdə olub. Bu səfərlər ölkələrimiz arasında əməkdaşlığıninkişafının möhkəm təməlinə çevrilib.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində diqqəti2014-cü ildə Vyetnama dövlət səfərinə və 2015-ci ildə VyetnamSosialist Respublikasının Prezidenti cənab Çıonq Tan ŞanqınAzərbaycana rəsmi səfərinə yönəldərək vurğuladı ki, atılan buaddımlar, qarşılıqlı səfərlər iki dövlət arasında münasibətlərdəyeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi.Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərləyanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya,maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digərsahələrin işgüzar dairələrinin iştirakı ilə BirinciAzərbaycan-Vyetnam biznes forumu keçirildi. Müxtəlif sahələrdəəməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərininmüəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texnikiəməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasıyaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərinsəmərəli reallaşdırılmasında mühüm platformadır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisindeputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili vurğulayıb ki, ötən müddətdə iki ölkə millimaraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlikprinsipləri əsasında sıx əməkdaşlıq edib, beynəlxalq və regionaltəşkilatlarda, o cümlədən BMT-də, Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verib. Hakimpartiyalar arasında əməkdaşlıq da iki ölkənin münasibətlərinininkişafına təkan verir. 2023-cü ilin noyabrında Hanoyda YeniAzərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındaƏməkdaşlıq Sazişi imzalanıb. İki ölkə arasında əməkdaşlığıninkişafında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrəAzərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətiəhəmiyyətli rol oynayır. Ölkələrimizin iqtisadiyyat, ticarət,enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsilvə sair sahələrdə əməkdaşlığının inkişafı üçün geniş perspektivlərvar.
Prezident İlham Əliyev müsahibəsində onu da bildirdi ki,Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyükəhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsininhəcmi 223,93 milyon dollar olub. Sözsüz ki, bu göstəricinigələcəkdə də artırmaq üçün potensialımız mövcuddur. Ölkələrimizneft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildəVyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCARarasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəmtarixi təmələ əsaslanır. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamınneft sənayesinin yaradılmasında və inkişafında əsas roloynayıblar.
Vüqar Rəhimzadə diqqəti Vyetnamın keçmiş Prezidenti Ho Şi Minin1959-cu ilin iyulunda Bakıya səfərinə yönəldərək bildirib ki, busəfər Vyetnamın neft-qaz sənayesi tarixində həlledici rol oynayıb.Əvvəldə də qeyd etdiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin 42 iləvvəl-1983-cü ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnamasəfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərindərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycanaisti münasibətinin formalaşmasında xüsusi rol oynayıb. AzərbaycanınVyetnama dəstəyi təkcə neft sənayesi mütəxəssisləri və avadanlıqgöndərməkdən ibarət olmayıb. Sovet dövründə minlərlə vyetnamlıAzərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar. Onlar ölkələrinəqayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışaraq, Vyetnamıninkişafına töhfələr veriblər. Dövlət başçısı İlham Əliyevmüsahibəsində bu məqama da xüsusi diqqət yönəltdi ki, sovetdövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onlarınbir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələrtutur. 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan aliməktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz vəburada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər.2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarınıbirləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsisedildi.
Milli Məclisin deputatı bildirib ki, Vyetnam Kommunist PartiyasıMərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə artıq reallaşandövlət səfəri münasibətlərimizin inkişafına böyük töhfə olacaq. Busəfər onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Başkatibi qismində ilk səfəridir. Tərəflərin ikitərəfli münasibətlərindərinləşdirilməsi ilə bağlı səylərini əks etdirən və qarşılıqlıfəaliyyətdə yeni istiqamətlər açacaq bu səfər böyük siyasiəhəmiyyətə malikdir. Bu kontekstdə səfəri Azərbaycan-Vyetnaməməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.Prezident İlham Əliyev müsahibəsində onu da qeyd etdi ki, səfərproqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edənməsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dairhərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa vəgələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərinimüəyyənləşdirməyə imkan verəcək.
Vüqar Rəhimzadə iki ölkə arasında əlaqələrin inkişafında HeydərƏliyev Fondunun rolunu da xüsusi qeyd edib. Bildirib ki, HeydərƏliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbintikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyatakeçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyeva bu ölkəyə səfəri çərçivəsində vitse-prezident Vo TiAn Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibininxanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, HanoyTicarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycandatəhsil almış vyetnamlı məzunlarla görüşdü. Dövlət başçısı İlhamƏliyev müsahibəsində bu reallıqlara söykənərək bildirdi ki,Azərbaycanla Vyetnam arasında münasibətlər bütün sahələr üzrəuğurla inkişaf edir. Hər iki ölkə münasibətləri yeni istiqamətlərüzrə inkişaf etdirmək üçün böyük potensiala malikdir. Bakıda“Vyetnam günləri”nin təşkili, Vyetnamda Azərbaycanla bağlı mədənitədbirlər, konsert proqramları, kulinariya festivallarıxalqlarımızın bir-birini daha yaxından tanımasına və dostluğunmöhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin müsahibəsibütün bu məqamlara bir daha işıq saldı. Hazırkı dövrdə xalqlarımızarasında mənəvi bağların möhkəmlənməsi və mədəni diplomatiyanıngüclənməsi əsas hədəflər sırasındadır.