EN

Hacıqabulda sel fəlakət yaratdı: Kömək üçün gələn yoxdur

Ötən gecə aramsız yağan yağışlar Hacıqabul rayonunun bəzi kəndlərində fəsadlar törədib. Harami dağından axan sel suları evlərin zirzəmilərinə, həyətyanı sahələrə dolub.

XəzərNews.az xəbər verir ki, rayonun Paşalı kənd sakini Sevda İsrafilova Bakupost.az -a bildirib ki, ona külli miqdarda ziyan dəyib.

“Həyətimdəki toyuq-cücə, mal-qara tələf oldu. Evimi su basdı. Qonşu həyətlərdə də eyni vəziyyətdir, hər yer sudur. Qurumlardan kömək üçün gələn də yoxdur”, - o bildirib.

Udullu kənd sakinlərinin göndərdikləri görüntülərdən məlum olur ki, sel suları hələ də kənd ərazisində qalmaqdadır.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Elşən Məhərrəmovla əlaqə saxladıq. O bildirdi ki, hazırda “Mustafayev gölü" adlanan süni gölün daşma təhlükəsi var:

“Təhlükəli vəziyyətə görə, gölün yaxınlığındayıq. Mütəxəssislərlə birlikdə iş aparılır. Sel nəticəsində kənd sakinlərinin təsərrüfatlarına ziyan dəyib”.

Xəbər 3 dəfə oxunub.
Chosen
0
1
xezernews.az

2Sources