EN

Pekin 2025-ci il Robot Oyunlarına ev sahibliyi edəcək

BAKI, TurkicWorld

Dünya İnsanabənzər Robot Oyunları avqustda Pekində keçiriləcək

TurkicWorld xəbər verir ki, 2025-ci il Dünya İnsanabənzər Robot Oyunları 15–17 avqust tarixlərində Pekində, Çin Milli Stadionu və Çin Milli Sürət Konkisi Stadionunda təşkil olunacaq.

Çinin ev sahibliyi edəcəyi builki oyunlar iki əsas kateqoriyaya bölünəcək: əsas yarışlar və yan tədbirlər. Rəsmilərin verdiyi məlumata görə, bu tədbirlər insanabənzər robot texnologiyalarının müxtəlif sahələrdə tətbiqi, yeniliklər və real həyatdakı praktik potensialını nümayiş etdirməyi hədəfləyir.

Qeyd edək ki, Dünya İnsanabənzər Robot Oyunları süni intellekt və robot texnologiyaları sahəsində irəliləyişləri izləmək və nümayiş etdirmək üçün beynəlxalq platforma rolunu oynayır.

Chosen
0
turkic.world

1Sources