EN

Asiyanın ən güclü orduya malik ölkəsi - Azərbaycanın sıradakı yeri

Bütün gözlər Hindistan-Pakistan qarşıdurmasına yönəldiyi bir zamanda Asiyanın ən güclü orduya malik ölkələri yenidən gündəmə gətirib. Çünki son münaqişə regionda təhlükəsizlik və sabitliyi təhdid edən mühüm hadisə kimi diqqəti cəlb edir. Bu  da Asiyada hərbi qüvvələr balansının nə qədər kövrək olduğunu bir daha ortaya qoyur. 

Onu da qeyd etmək lazımdır ki, Asiya qitəsində hərbi güc balansı tarix boyu regional və qlobal siyasətləri formalaşdırıb.  

Ölkə.az xəbər verir ki, güclü ordu həm də regionun təhlükəsizliyinin təminində müstəsna rola malikdir.  Qeyd edək ki, Azərbaycan da Asiyanın ən güclü dövlətlərinə malik ölkələr sırasında yer alıb. 

Bunu nəzərə alaraq “Global Fire Power” tərəfindən açıqlanan məlumatlara əsasən Azərbaycan bu siyahəda 25-ci yerdə qərarlaşıb.

Asiya qitəsinin ən güclü orduya malik ilk onluqda yer alan ölkələrini oxucuların diqqətinə çatdırırıq.
1. Rusiya;
2. Çin;
3. Hindistan;
4. Cənubi Koreya;
5. Yaponiya;
6. Türkiyə;
7. Pakistan;
8. İndoneziya;
9. İsrail
10. İran

Qeyd edək ki, Azərbaycanla sıx hərbi əməkdaşlıq edən Türkiyə, Pakistan və İsrail ilk onluqda yer alıb.

Mürtəza
Ölkə.az

Chosen
0
olke.az

1Sources