EN

Türkiyəli yazıçı evində yanaraq öldü

Türkiyədə yanğın zamanı tənqidçi-yazar ölüb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, hadisə İstanbul şəhəri Kadıköy qəsəbəsi Aktəpə küçəsindəki 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.

Yanğın zamanı evdə tək yaşayan 65 yaşlı tənqidçi-yazar Süha Oğuzertem yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bina sakinləri yanğının telefon, yaxud adapterdən qaynaqlandığını bildiriblər.

Hazırda araşdırma aparılır.

Chosen
0
2
kulis.az

3Sources