İstanbul Texniki Universitetinin alimləri tərəfindən hazırlanan ilkin hesabat 23 aprel 2025-ci il tarixində Mərmərə dənizinin mərkəzində baş vermiş 6,2 bal gücündə Silivri zəlzələsinin bölgədə toplanmış seysmik enerjinin yalnız 12 faizini boşaltdığını, enerjinin böyük hissəsinin isə hələ də mövcud olduğunu ortaya qoyub.
Gundem.az xəbər verir ki, İTÜ-nün Mədən Fakültəsi Dekanı Prof. Dr. Mustafa Kumralın rəhbərliyi ilə Prof. Dr. Cenk Yaltırak və digər mütəxəssislərdən ibarət Fəlakət İdarəetmə Tətbiq və Araşdırma Mərkəzi (MATAM) tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, zəlzələ 1766-cı ildən bu yana yığılan gərginliyin az bir hissəsini boşaltsa da, bölgə üçün təhlükə hələ də qalmaqdadır.
13 kilometr dÉ™rinlikdÉ™ baÅŸ verÉ™n vÉ™ 13 saniyÉ™ davam edÉ™n zÉ™lzÉ™lÉ™nin episentri SilivridÉ™n 26 kilometr cÉ™nubda yerləşib. 25 aprelÉ™ qÉ™dÉ™r bölgÉ™dÉ™ 291-dÉ™n çox afterÅŸok qeydÉ™ alınıb.Â
Prof. Dr. Yaltırak qeyd edib ki, bu zəlzələ böyük bir faciənin siqnalı deyil, lakin gələcəkdə baş verə biləcək daha böyük zəlzələnin xəbərçisidir: Tarixi məlumatlar göstərir ki, eyni anda bir neçə qırılmanın baş verməsi ilə dağıdıcı silsilə zəlzələlər müşahidə olunub. Bu, 1999-cu il İzmit və 2023-cü il Kahramanmaraş zəlzələlərində də belə olub" .
Hazırkı vəziyyət bölgənin seysmik baxımdan hələ də təhlükəli olduğunu göstərir və mütəxəssislər vətəndaşları hazırlıqlı olmağa çağırırlar. /Milli.Az