EN

Milyonçu oldu, həbsxanaya düşdü: Cinayətkarın anası və sevgilisi ilə SƏRGÜZƏŞTLƏRİ

ABŞ-da Kentukki ştatının tarixində ən böyük lotereya uduşunun şanslı qalibi dörd gün sonra həbsxanaya düşüb.

Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Aprelin 26-da baş tutan tirajda 50 yaşlı Ceyms Fartinq 167,3 milyon dollar udub. Kişi anası ilə oynayıb və aprelin 28-də uduşlarını toplamaq üçün bir araya gəlib, böyük məbləğdə uduş çeki ilə şəkil çəkdiriblər.

İki gün sonra Kentukki polisi Fartinqin Florida ştatının Sent-Pit-Biç şəhərindəki oteldə həbs olunduğu barədə məlumat alıb. Məlum olub ki, lotereya qalibi sevgilisi ilə digər qonaqlarla dava edib. Xüsusilə, Fartinq rəqibinin üzünə bir neçə zərbə endirib. Şerifin müavini davanı dağıtmaq istəyəndə multimilyonçu onun da üzünə təpik atıb.

Chosen
0
1
publika.az

2Sources