EN

Ermənistanın ədliyyə naziri: Yeni konstitusiya üzərində işlər 10 aya başa çatacaq

Tbilisi, 7 may, AZƏRTAC

Ermənistan Ədliyyə Nazirliyi Konstitusiya Şurası və digər müvafiq qurumların iştirakı ilə ölkənin yeni konstitusiya layihəsi üzərində işləyir. Layihə üzrə işlərin 10 aya başa çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın ədliyyə naziri Srbui Qalyan məlumat verib.

Nazir Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılması məsələsinə də toxunub. Bildirib ki, mətnin hazır hissəsini yaxın vaxtlarda Konstitusiya Şurasının üzvləri ilə müzakirə edəcəklər.

“Yeni konstitusiyanın mətni hazırlanma mərhələsindədir, mətni yaxın vaxtlarda şura üzvləri ilə müzakirə edəcəyik. Müxtəlif variantları müzakirə edirik, amma mətn hələ işlənmə mərhələsindədir. Mətn 10 ay ərzində hazır olacaq”, - deyə S.Qalyan vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
0
azertag.az

1Sources