Ukraynada münaqişə bitdikdən sonra Rusiyadan enerji daşıyıcıları alışını bərpa etmək Avropa İttifaqı üçün “tarixi səhv” olardı. Euronews xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
"Hər kəsə aydın olması üçün deyirəm: Avropada Rusiyanın qazıntı yanacaqları dövrü başa çatır. Moskva ilə enerji ticarətini bərpa etmək "tarixi səhv" olar",-o qeyd edib.
Bundan əvvəl Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorqensen bildirmişdi ki, Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrindən 2025-ci ilin sonuna qədər Rusiyadan neft, qaz və nüvə yanacağının alınmasını tamamilə dayandırmaqla bağlı planlarını təqdim etmələrini tələb edəcək.