EN

“Özümü məyus hiss edirəm, amma oyuna görə deyil”

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının yarımfinalında komandasının “İnter”ə məğlubiyyətindən danışıb.

Sportinfo.az bu barədə “Marca” nəşrinə istinadən xəbər verir.

“Özümü məyus hiss edirəm, amma oyuna və ya oyunçularımızın səylərinə görə deyil. Onlar əllərindən gələni etdilər.

Təəssüf ki, kənarda qaldıq, amma gələn mövsüm qayıtmağa çalışacağıq.

“İnter” də güclü komandadır və onların əməyi tərifə layiqdir. Onlar müdafiədə yaxşı təşkil olunublar, təhlükəli hücumçulara sahibdirlər, topa yaxşı nəzarət edirlər”, - deyə təcrübəli mütəxəssis qeyd edib.

“Barselona” iki oyunun nəticəsi olaraq 7:6 hesabı ilə “İnter”ə məğlub olub və Çempionlar Liqası ilə vidalaşıb.

Chosen
0
sportinfo.az

1Sources