EN

"Barselona"nın sabiq futbolçusu Portuqaliya Premyer Liqasında

style='margin-bottom:10px;'>

Portuqaliyanın 2-ci liqa klubu "Maritimo"nun futbolçusu Fabio Blanko "Vitoriya" ilə razılıq əldə edib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

21 yaşlı vinger Portuqaliya Premyer Liqası təmsilçisi ilə müqavilə imzalayacaq. Klub onun üçün 2 milyon avroya yaxın pul ödəyəcək. Sözləşmənin müddəti ilə bağlı detallar bəlli deyil. 

Qeyd edək ki, Fabio Blanko bu mövsüm "Maritimo"nun heyətində 32 oyuna çıxaraq 4 qol vurub. O, 2022/23 mövsümündə "Barselona"nın B komandasında çıxış edib. 

Chosen
0
teleqraf.com

1Sources