EN

Ermənistanın yeni Konstitusiyası hazırlanır - Ədliyyə naziri DANIŞDI

Ajans.az xəbər verir ki, bunu ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərə bildirib.

Müstəqillik aktının Konstitusiyanın yeni mətnindən çıxarılmasının mümkün olub-olmaması ilə bağlı suala Qalyan belə cavab verdi: "Müxtəlif variantları nəzərdən keçiririk, lakin mətn hələ hazırlanma mərhələsindədir. Bizim bir yanaşmamız var və bu yanaşma çərçivəsində müxtəlif standartlar üzrə müzakirələr aparılır. Mətn konkretləşəndə ​​onu sizinlə paylaşacağıq".

O, həmçinin əlavə edib ki, müxalifət nümayəndələri bu müzakirələrdə iştirak etmirlər.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb.

Qeyd edək ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.

Rəsmi Bakı sülh müqaviləsinmin imzalanması üçün Ermənistan qarşısında iki şərt irəli sürüb: ATƏT-in Minsk qrupunin ləğv edilməsinə razılıq verilməsi və yeni konstitusiyada müstəqillik aktına istinadın çıxarılması.

Chosen
0
1
Ajans.az

3Sources